“Qızıl Sandıq” Lotereyası
Qaydalar və Şərtlər (Terms & Conditions)
1. Ümumi müddəalar
1.1. “Qızıl Sandıq Lotereyası” (bundan sonra “Lotereya”) Sandıq mobil tətbiqi (bundan sonra
“Tətbiq”) tərəfindən təşkil edilən promo-aksiyadır.
1.2. Lotereyada iştirak etməklə istifadəçi bu Qaydalar və Şərtlərlə tam və qeyd-şərtsiz
razılaşmış hesab olunur.
1.3. Lotereya Azərbaycan Respublikası ərazisində keçirilir və Azərbaycan Respublikasının
qanunvericiliyinə tabedir.
2. İştirak hüququ
2.1. Lotereyada yalnız Tətbiqdə qeydiyyatdan keçmiş və tələb olunan bütün zəruri məlumatları
təqdim etmiş şəxslər iştirak edə bilər.
2.2. Lotereyada yalnız 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşları iştirak
edə bilər.
2.3. Təşkilatçı zəruri hallarda istifadəçidən şəxsiyyətini təsdiq edən sənədlər tələb etmək
hüququnu saxlayır.
2.4. PAŞA Malls və onun törəmə və əlaqəli şirkətlərində çalışan əməkdaşlar lotereyada iştirak
edə bilməzlər.
3. Çeklərin təqdim edilməsi
3.1. Hər bir çek yalnız bir istifadəçi tərəfindən Tətbiqə əlavə edilə bilər.
3.2. Yalnız 10.11.2024 tarixindən sonra çap edilmiş çeklər Lotereyada iştirak hüququ verir.
3.3. Saxta, təkrar, dəyişdirilmiş və ya üçüncü şəxsə məxsus çeklər etibarsız sayılır.
3.4. Bu cür hallar aşkar edildikdə istifadəçi Lotereyadan diskvalifikasiya edilə bilər.
4. Lotereya biletlərinin əldə edilməsi
4.1. Hər bir etibarlı çek istifadəçiyə 1 (bir) lotereya bileti qazandırır.
4.2. Aşağıdakı hallarda istifadəçiyə 5 (beş) əlavə lotereya bileti təqdim olunur:
● Gənclik Mall daxilində yerləşən istənilən mağazadan olan hər bir çek.
4.3. İstifadəçinin əldə edə biləcəyi lotereya biletlərinin sayında məhdudiyyət yoxdur.
5. Lotereya tirajları
5.1. Lotereya qalibləri aylıq əsasda, təsadüfi seçim mexanizmi ilə müəyyən edilir.
5.2. Hər bir lotereya bileti yalnız bir aylıq tirajda iştirak edir.
5.3. Qalib olmayan biletlər növbəti aylıq tirajlara keçirilmir.
5.4. Aylıq lotereya tirajları aşağıdakı tarixlərdə keçirilir:
● 1 dekabr, 2025-ci il;
● 28 dekabr, 2025-ci il;
● 2 fevral, 2026-cı il;
● 2 mart, 2026-cı il;
● 23 mart, 2026-cı il.
5.5. Böyük tirajlar xüsusi tarixlərə həsr olunmuşdur və aşağıdakı günlərdə keçirilir:
● 28 dekabr, 2025-ci il - Yeni il
● 23 mart, 2026-cı il - Novruz
5.6. Təşkilatçı zəruri hallarda tiraj tarixlərində dəyişiklik etmək hüququnu özündə saxlayır. Bu
halda dəyişikliklər öncədən Tətbiq və rəsmi kanallar vasitəsilə elan edilir.
6. Qaliblərin elan edilməsi və əlaqə
6.1. Qaliblərlə təsadüfi seçimdən sonra 5 iş günü ərzində əlaqə saxlanılır.
6.2. Qaliblər Sandıq Tətbiqinin rəsmi sosial media hesablarında və rəsmi veb səhifəsində
paylaşılır.
6.3. Qalib müəyyən edilmiş müddət ərzində əlaqəyə çıxmadığı halda mükafat ləğv edilə və ya
alternativ qalib seçilə bilər.
7. Mükafatlar
7.1. Lotereya çərçivəsində aşağıdakı mükafatlar təqdim oluna bilər:
● Sea Breeze-də mənzil - 1 ədəd;
● Geely Starship avtomobili - 1 ədəd;
● Changan Q05 avtomobili - 1 ədəd;
● Londona səyahət -1 ədəd;
● iPhone 17 - 2 ədəd;
● Apple Watch - 1 ədəd;
● AirPods - 2 ədəd;
● Dyson saç feni - 1 ədəd;
● Paltaryuyan maşın -1 ədəd;
● Televizor - 2 ədəd;
● Noutbuk - 1 ədəd;
● Qızıl külçə - 2 ədəd;
● Soyuducu - 1 ədəd;
● Ütü - 10 ədəd;
● Mikrodalğalı soba - 1 ədəd;
● Elektrik çaydanı - 10 ədəd;
● Toster - 5 ədəd;
● Ətçəkən - 3 ədəd;
● Blender - 5 ədəd;
● Tozsoran - 1 ədəd;
● Saç feni - 5 ədəd;
● Ütü-fen - 5 ədəd;
● Robot tozsoran - 1 ədəd;
● Mikser - 3 ədəd;
● Qulaqlıq - 10 ədəd;
● Smart saat - 10 ədəd;
● Check-up müayinə paketləri - 800 ədəd;
● Hədiyyə kartları - 100 ədəd;
● Pul mükafatları - 15.000 ədəd.
7.2. Mükafatlar dəyişdirilə, başqa məhsulla əvəz edilə və ya nağdlaşdırıla bilər. Bu barədə qərar
Təşkilatçıya məxsusdur.
8. Diskvalifikasiya
8.1. Qaydaların pozulması, yanlış məlumat təqdim edilməsi və ya sistemdən sui-istifadə halında
istifadəçi Lotereyadan kənarlaşdırıla bilər.
8.2. Bu barədə Təşkilatçının qərarı yekun hesab olunur.
9. Məsuliyyətin məhdudlaşdırılması
9.1. Lotereya çərçivəsində təqdim edilən mükafatlar üçüncü tərəflər tərəfindən təqdim edilə
bilər.
9.2. Təşkilatçı texniki nasazlıqlar, internet problemləri və ya istifadəçi xətaları nəticəsində
yaranan gecikmələrə görə məsuliyyət daşımır.
10. Yekun müddəalar
10.1. Təşkilatçı bu Qaydalar və Şərtlərə istənilən vaxt dəyişiklik etmək hüququnu özündə
saxlayır.
10.2. Lotereya ilə bağlı bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq həll edilir.
10.3. Təşkilatçının bütün qərarları qətidir və şikayətə açıq deyil.
Mərtəbə
Mərtəbə